Misli Premyer Liqasının XIV turunda “Neftçi” səfərdə “Sabah”la üz-üzə gəlir.
İdmanxeber.az-ın məlumatına görə, Masazırda keçirilən matçı izləyənlər arasında Yuri Vernidub da yer alıb. “Ağ-qaralar”ın yeni baş məşqçisi olacaq ukraynalı hazırda stadiondadır.
Xatırladaq ki, ilk hissəsi başa çatan görüşdə hesab açılmayıb.
