AZ

Bu ölkə COVID dövrünə qayıdır?

Böyük Britaniyada “superqrip” epidemiyası yayılır.

Publika.az xəbər verir ki, Londonda xəstəxanaya yerləşdirilənlərin sayı üç dəfə artıb. Əhaliyə maskalardan istifadə etmək tövsiyə olunub.

KİV-lər vəziyyətin COVID dövrünü xatırlatdığını bildirirlər.

Xəstəlik ən çox məktəblilər arasında yayılıb. Ən çox zərər görən təhsil müəssisələrindən biri Cənubi Uelsdə, Kayrfilli şəhərində yerləşən Müqəddəs Martin məktəbidir. Burada 250-dən çox şagird və əməkdaş xəstələndikdən sonra məktəb tam şəkildə karantinə bağlanıb. Orta məktəbin direktoru Li Carvis valideynləri və qəyyumları qripəbənzər bu xəstəliyin əhəmiyyətli dərəcədə yayılması barədə məlumatlandıraraq müvəqqəti fasiləyə ehtiyac olduğunu bildirib.

Seçilən
84
4
publika.az

5Mənbələr