AZ

Yuri Vernidub “Neftçi”yə görə Bakıya gəldi – ARENA.AZ

Bir müddət öncə Samir Abasovu istefaya göndərmiş “Neftçi”nin yeni baş məşqçisi ukraynalı futbol mütəxəssisi Yuri Vernidub olacaq.

Arena.az xəbər verir ki, “Neftçi” hazırda Azərbaycan Premyer Liqasının 14-cü turu çərçivəsində “Sabah”la qarşılaşır.

“Masazır Arena”da keçirilən görüşü izləyənlər arasında Yuri Vernidub da var. “Neftçi” ilə razılığa gəlmiş ukraynalı mütəxəssis qəbul edəcəyi komandanın durumunu canlı izləyir. “Ağ-qaralar”ın yeni baş məşqçisinin təyinatı yaxın günlərdə açıqlanacaq.

Xatırladaq ki, Yuri Vernidub bir neçə il öncə də bu stadionda matç izləyib. O zaman “Sabah”la müqavilə bağlamaq üçün Bakıya gəlmiş mütəxəssislə razılıq əldə edilməmişdi. Amma bu dəfə onun “Neftçi”dən imtina etməsi inandırıcı görünmür.

Vernidub son olaraq Ukraynanın “Krivbass” komandasını (Krivoy Roq) çalışdırıb. O, əvvəllər “Şerif” (Tiraspol”), “Şaxtyor” (Soliqorsk), “Zarya” (Luqansk) kimi komandalarda da baş məşqçi olub.

Seçilən
50
3
arena.az

10Mənbələr