AZ

Tədqiqatçılar İsgəndəriyyə sahillərində qədim Misir "zövq gəmisi" aşkar ediblər

Arxeoloqlar İsgəndəriyyə sahillərində qədim yunan tarixçisi Strabonun təsvirlərinə uyğun gələn erkən Roma dövrünə aid dəbdəbəli “zövq gəmisi” aşkar ediblər.

QHT.az xəbər verir ki, uzunluğu 35 metr olan gəmi Antirodos adası yaxınlığında, su altında qalmış qədim İsgəndəriyyə limanının ərazisində tapılıb. Tədqiqatçılar hesab edir ki, gəmi eramızın 50-ci illərində İsis məbədi yaxınlığında baş verən dağıdıcı zəlzələlər zamanı batmış ola bilər. Unikal quruluşu və böyük ölçüləri ilə seçilən gəmi Misirdə bu tipin ilk real nümunəsi hesab olunur.

Alimlər ümid edirlər ki, tapıntı qədim Roma Misirində gündəlik həyat, əyləncə və dini mərasimlər haqqında yeni məlumatlar ortaya çıxaracaq.

 

R.İmanov

Seçilən
53
qht.az

1Mənbələr