AZ

Mütəxəssislər xəbərdarlıq edir:Bu il qrip mövsümü çox ağır ola bilər

Nyu-York Ştatının Səhiyyə Departamenti ştat üzrə qrip hallarının sürətlə artdığını elan edib. Mütəxəssislər bildirirlər ki, bu elan adi illərlə müqayisədə daha erkən verilib.

Redaktor.az xəbər verir ki, "UR Medicine Strong Memorial Hospital və Highland Hospital"ın baş həkimi Dr. Maykl Apostolakos açıqlama verib.

O deyib koi, “Başlanğıc tempinə baxsaq, bu il qrip mövsümü çox ağır keçə bilər”.

Rəsmi məlumatlara görə, artıq qrip halları və xəstəxanaya yerləşdirilmələr yüksək səviyyəyə çatıb və vəziyyət ictimai sağlamlıq riski kimi qiymətləndirilir. Apostolakosun sözlərinə görə, xəstəliyin erkən başlaması onsuz da yüklənmiş xəstəxana sisteminə əlavə təzyiq yaradacaq.

“Adətən olduğumuz qədər məşğuluq, amma tənəffüs yolları infeksiyası ilə xəstəxanaya müraciət edənlərin sayı artır,” - deyə o bildirib. “Bu isə sistemimizə əlavə yük gətirir.”

Onun sözlərinə görə, hazırda tibb müəssisələri üzrə 19 nəfər qrip səbəbilə xəstəxanaya yerləşdirilib. Həkim ictimaiyyəti virusun yayılmasının qarşısını almaq üçün daha diqqətli olmağa çağırır:

“İcma üzvlərindən bir daha xahiş edirəm ki, bizə dəstək olsunlar. Qripin yayılmasının qarşısını almaq üçün edə biləcəyimiz sadə addımlar var ən vacibi isə peyvənd olunmaqdır.”

Apostalakos vurğulayıb ki, xəstəxanalar hələ də cəmiyyəti lazımi səviyyədə müalicə etməyə tam qadirdir və bu xidmət davam edəcək.

Lakin o, insanlara ciddi vəziyyət olmadıqca təcili yardım şöbəsinə müraciət etməməyi tövsiyə edir. Digər tibbi narahatlıqlar üçün təcili tibbi yardım mərkəzlərinə və ya tele-səhiyyə xidmətlərinə üz tutmaq məsləhət görülür.

Xədicə BAXIŞLI

Seçilən
45
1
redaktor.az

2Mənbələr