Yük avtomobillərinin yolda hərəkətinə yalnız gecə saatlarında icazə var. Hansısa ərazidə tikinti işlərinin aparılmasına isə axşam icazə verilmir. Son zamanlar belə ziddiyyətli hallarla qarşılaşırıq.
Xezerxeber.az-ın xəbərinə görə, tikinti şirkətləri deyir ki, malı yalnız gecə gətirə bilirlər deyə o vaxt işləyirlər. Sakinlər isə deyirlər ki belə olanda səs küy və təhlükəli vəziyyət yaranır. Ekspertlər bildirir ki, hazırda olan bu vəziyyət ziddiyyət yaradır.
Şirin Şərifovun sözlərinə görə, dünya təcrübəsinə əsasən tikinti aparılan yerə yaxın yaşayış məntəqələri olmalı deyil. Eləcə də yük maşınları müəyyən qaydalara əməl edilməklə səhər saatlarında da yolda hərəkət edə bilər.
Ekspert bildirir ki, dünya təcrübəsi ölkəmizdə də tətbiq olunarsa, tikinti şirkətlərinin və yük maşını sürücülərinin də işi asanlaşar. Qeyd edək ki, yük avtomobillərinin axşam saat 10-dan səhər 7-ə kimi yolda hərəkətinə icazə var.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.