AZ

Kreml Ukraynadakı sülhə buna görə razılıq verməyib Əsas problem açıqlandı

GlobalInfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

ABŞ Ukrayna ilə aparılan sülh danışıqlarını sürətləndirmək və Kiyevdən müəyyən güzəştlər əldə etmək üçün müxtəlif variantları araşdırır.

Globalinfo.az xəbər verir ki, bu barədə AFP-yə danışıqlarda iştirak edən mənbə məlumat verib. Onun sözlərinə görə, prosesin ən ciddi maneəsi ərazi məsələsidir və məhz bu mövzu danışıqların ən problemli hissəsi olaraq qalır.

Mənbə bildirib ki, Vaşinqton Kiyevin kompromisə meylli olmasını təmin etmək üçün istənilən variantı nəzərdən keçirir:

“Amerikalılar bizə təzyiq göstərirlər, “daha sürətli, daha sürətli, daha sürətli” deyirlər”.

Onun sözlərinə görə, Rusiya ərazi məsələsi həll olunmadan heç bir razılaşmaya getmək istəmir, Ukrayna isə bütün detalları müəyyənləşdirmədən genişmiqyaslı razılığa imza atmağa hazır deyil.

Tahir Turan

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
69
globalinfo.az

1Mənbələr