ain.az, Operativ MM saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Polşanın ən böyük müxalifət partiyası olan Hüquq və Ədalət (PiS) lideri Yaroslav Kaçinski Avropa İttifaqının hazırkı vəziyyətini sərt tənqid edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə o, RMF24-ə açıqlamasında Aİ-nin “ağır xəstə” olduğunu və ciddi islahatlara ehtiyac duyduğunu bildirib.
Kaçinskinin sözlərinə görə, Avropa İttifaqı köklərinə qayıtmaqla yenidən qurulmalıdır:
“Avropa İttifaqı, indi olduğu kimi, ağır xəstədir. Bu ağır xəstəlik sağalmalıdır. Biz Avropa İttifaqında olmağın tərəfdarıyıq, biz Avropa İttifaqının tərəfdarıyıq, lakin Avropa İttifaqı kökünə qayıtmaqla köklü şəkildə yenidən qurulmalıdır”.
PiS lideri əlavə edib ki, Aİ öz yaradılması dövründə mövcud olmayan bir çox problemi həll etməlidir.
Yaponiyanın baş naziri Sanae Takaiçi fövqəladə brifinq zamanı ölkədə baş verən güclü zəlzələ nəticəsində 7 nəfərin xəsarət aldığını açıqlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
Takaiçinin sözlərinə görə, hazırda hökumət zəlzələnin fəsadları ilə bağlı məlumatları dəqiqləşdirməyə davam edir.
“Bu saata olan məlumata görə, yeddi itki barədə məlumat var və biz dəymiş ziyanla bağlı məlumatları dəqiqləşdirməyə davam edirik,” - deyə Yaponiya Nazirlər Kabinetinin rəhbəri bildirib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.