İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, onun Rusiya Prezidenti Vladimir Putinlə müntəzəm təmasları İsrailin maraqlarını müdafiə etməyə yönəlib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Netanyahu müxalifətin İsrailin beynəlxalq nüfuzunu itirməsi ilə bağlı iddialarını rədd edib. O, dekabrın sonunda ABŞ Prezidenti Donald Trampla altıncı dəfə görüşəcəyini və digər dünya liderləri ilə əlaqə saxladığını xatırladıb.
"Əlavə etmək istərdim ki, biz başqa bir dünya dövləti ilə - Rusiya ilə əlaqələrimizi saxlayırıq. Mən Putinlə mütəmadi danışıram və onilliklər boyu davam edən bu şəxsi əlaqələr bizim həyati maraqlarımıza xidmət edir. O cümlədən indi bizim şimal sərhədimizi (Livan və Suriya ilə) müdafiə etməyə cəhdlər ediləndə", - o deyib.
“Beləliklə, ABŞ, Hindistan, Almaniya və Rusiya İsrailin son iki ildə əlaqələri gücləndirdiyi dörd gücdür”, - Netanyahu əlavə edib.