Stubb Zelenski ilə söhbətdən sonra qəribə bir açıqlama verib
Finlandiya Prezidenti Aleksandr Stubb Vladimir Zelenski ilə söhbətindən sonra qəribə bir açıqlama verib. Bu barədə RİA Novosti Stubbın sosial media hesablarına istinadən məlumat yayıb.
Stubbun sözlərinə görə, danışıqlardan sonra Ukrayna münaqişəsinin həllində müəyyən irəliləyişlər əldə edilib. Bununla belə, o əlavə edib ki, ən mürəkkəb məsələlər dərhal həll olunmadığı üçün yekun həll daha çox vaxt aparacaq.
"Volodimir Zelenski və Avropa müttəfiqlərimizlə sülhə doğru növbəti addımlar barədə səmərəli danışıqlar apardıq. <…> Danışıqlar davam edir. ABŞ-dakı dostlarımızla sıx əməkdaşlıq edirik", - deyə o bildirib.
Daha əvvəl bildirilmişdi ki, təhlükəsizlik zəmanətləri Zelenskinin Londonda Aİ liderləri ilə görüşünün mövzusu olub.
aia.az
Tərcümə şöbəsi
…>