AZ

İki ölkə arasında gərginlik pik həddə: Sərhədə ağır artilleriya yerləşdirilir

GlobalInfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

Kamboca silahlı qüvvələri Taylandla sərhəd boyunca hərbi mövqelərini gücləndirərək T-55 tankları və BM-21 Qrad çoxsaylı reaktiv yaylım atəş sistemləri yerləşdirib.

Globalinfo.az xəbər verir ki, bu barədə İnterfaks məlumat yayıb. Qeyd olunub ki, Tailand tərəfi hava zərbələrini intensivləşdirib.

Tailand Kral Hərbi Hava Qüvvələrinin açıqlamasında bildirilir ki, F-16 qırıcıları düşmən mövqelərinə, o cümlədən qalalara, sursat anbarlarına və bölgəyə gələn əlavə canlı qüvvəyə zərbələr endirir.

Rəsmi açıqlamaya əsasən, bu hava dəstəyi sərhəd xəttindəki yerüstü bölmələrin əməliyyatlarını qorumaq məqsədi daşıyır.

Qeyd edək ki, Tailand və Kamboca arasında qarşıdurma dekabrın 8-də başlayıb. Tailand Buriram əyalətində mülki ərazilərin atəşə tutulduğunu irəli sürərək Kambocanı ittiham edib. Buna qədər də iki ölkə arasında gərginlik mövcud idi.

Tahir Turan

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
67
globalinfo.az

1Mənbələr