AZ

Göygöldə minik maşını divara çırpıldı – Ölən var

Göygöldə qəza olub.

NOCOMMENT.az-ın Qərb bürosunun məlumatına görə, hadisə rayonun Qırıqlı kəndində qeydə alınıb.

Hərəkətdə olan avtomobil idarəetmədən çıxaraq yol kənarındakı divara çırpılıb. Qəza zamanı yol kənarında olan 2003-cü il təvəllüdlü Feruz Qulizadə minik maşını ilə divarın arasında qalaraq ölüb.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
76
1
nocomment.az

2Mənbələr