GlobalInfo saytından alınan məlumata görə, ain.az bildirir.
Rusiyada yaşayan əcnəbilər aprelədək Qazprombankdan başqa banklar vasitəsilə rublla rus qazı ala biləcəklər. Rusiya Prezidenti Vladimir Putin bununla bağlı fərman imzalayıb.
Globalinfo.az xəbər verir ki, sənəd normativ hüquqi aktların rəsmi portalında dərc olunub.
Fərmanda göstərilir ki, yeddinci bənddəki “2025-ci il dekabrın 31-dək” ifadəsi “2026-cı il aprelin 1-dək” ilə əvəz olunacaq.
Bu icazənin uzadılması ilk dəfə deyil, əvvəlki müddət oktyabrın əvvəlinə qədər uzadılıb.
Qeyd edək ki, ABŞ-ın Qazprombank-a qarşı tətbiq etdiyi sanksiyalardan sonra Rusiya qaz ödənişi prosedurlarını yeniləyib. Buna qədər xarici alıcılar ödənişlərini yalnız Qazprombank vasitəsilə həyata keçirə bilirdilər, lakin bundan sonra istənilən kredit təşkilatında valyutalarını rubla çevirə bilirlər.
Tahir Turan
Globalinfo.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.