Türkiyə Superliqasında 15-ci tura yekun vurulub.
QOL.az xəbər verir ki, son oyun günündə iki matç keçirilib.
Hər iki qarşılaşma heç-heçə ilə yekunlaşıb.
“Alanyaspor” öz meydanında “Antalyaspor”la, “Beşiktaş” isə “Qaziantep”lə bərabərə qalıb.
“Alanyaspor” - “Antalyaspor” - 0:0
“Beşiktaş” - “Qaziantep” - 2:2
Qollar: Bayo, 7 (0:1), Ture, 35 (1:1), Baro, 66 (1:2), Abraham, 70 (2:2)
Bu nəticələrdən sonra “Beşiktaş” 25 xalla 5-ci, “Qaziantep” 23 xalla 7-ci, “Alanyaspor” 17 xalla 10-cu, “Antalyaspor” isə 15 xalla 13-cü pillədə qərarlaşıb.