AZ

UEFA "Çelsi"ni üç azərbaycanlıya etibar etdi - FOTO

FİFA referisi Kamal Umudlu UEFA-dan növbəti dəfə təyinat alıb.

Sportinfo.az xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb.

K.Umudlu UEFA Gənclər Liqasının 6-cı turu çərçivəsində keçiriləcək “Atalanta” (İtaliya) – “Çelsi” (İngiltərə) oyununun baş hakimi olacaq.

Ona Namik Hüseynov və Vüsal Məmmədov kömək edəcəklər.

Görüş dekabrın 9-da Berqamo şəhərində yerləşən Bortolotti İdman Mərkəzində keçiriləcək.

Azərbaycanlı

Seçilən
98
sportinfo.az

1Mənbələr