AZ

Tailand ordusu Kambocanın sərhədyanı əraziləri raketlərlə vurulduğunu bildiririb

Bangkok vəziyyətin dörd gündür gərginləşdiyini deyir…

Poliqon xəbər verir ki, Tailand ordusu Kamboca Silahlı Qüvvələrinin BM-21 tipli reaktiv yaylım atəş sistemlərindən istifadə edərək ölkənin sərhədyanı bölgələrini atəşə tutduğunu açıqlayıb.

Açıqlamada qeyd olunub ki, Kamboca ordusu qarşıdurmaların videogörüntülərini yayaraq özünü “qurban” kimi göstərməyə çalışır, halbuki hücumları dəfələrlə elə onların özünün başladığı bildirilir.

Kamboca BM-21 raketləri ilə Tailandın dörd sərhəd rayonunu vurub. İkinci Ordu Komandanlığı suverenliyi qorumaq üçün cavab zərbələri endirir”, deyə ordunun bəyanatında vurğulanıb.

Eyni zamanda Kamboca Müdafiə Nazirliyinə istinadla AFP yazıb ki, Tailandın atəşi nəticəsində həlak olan dinc sakinlərin sayı bazar ertəsindən bəri altı nəfərə yüksəlib.

Gərginlik artıq dörd gündür artmaqda davam edir. Hər iki ölkə qarşı tərəfi atəşkəsi pozmaqda ittiham edir və sərhəd boyunca minaatan mərmiləri və RYAS atışları intensivləşib. 8 dekabrda Rusiyanın Tailanddakı səfiri Yevgeni Tomixin Rusiya vətəndaşlarına riskli sərhəd zonalarına səfər etməmək barədə çağırış edib.

Poliqon.info

Seçilən
26
poliqon.info

1Mənbələr