AZ

Tramp Meksikanı su resursları üzrə öhdəlikləri pozduğu üçün 5%-lik rüsumla hədələyib

Ağ Ev Meksikanın ABŞ-yə su verməməsini Texas kənd təsərrüfatı üçün ağır zərər adlandırır…

Poliqon xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Meksikanın su resursları ilə bağlı ikitərəfli hərtərəfli razılaşmanı pozduğunu bildirərək, ölkəyə 5 faiz gömrük rüsumu tətbiq edə biləcəyini açıqlayıb. Trampın sözlərinə görə, Meksika son beş ildə ABŞ-a 800 min akr-futdan çox su verməli olduğu halda bunu yerinə yetirməyib.

“Bu su dərhal verilməsə, Meksikaya 5 faiz tarif tətbiq etmək üçün ixtiyarım var. Meksika nə qədər geciksə, fermerlərimiz bir o qədər zərər görəcək”, deyə Tramp Truth Social sosial şəbəkəsində yazıb

Prezidemt vurğulayıb ki, suyun gecikdirilməsi Texas kənd təsərrüfatına, o cümlədən məhsullara və mal-qaraya ciddi mənfi təsir göstərir.

Prezident Meksikanın 31 dekabradək 200 min akr-fut suyu ayırmasını, qalan hissəni isə bu tarixdən dərhal sonra təmin etməsini tələb edib. “Hazırda Meksika cavab vermir və bu, bizim amerikalı fermerlərimizə qarşı son dərəcə ədalətsizdir”, — deyə Tramp əlavə edib.

Poliqon.info

Seçilən
28
poliqon.info

1Mənbələr