AZ

BMT məhkəməsi Rusiyanın Ukraynaya qarşı qarşılıqlı iddialarını icraatına qəbul edib

Beynəlxalq Məhkəmə Moskvanın tələblərinin yurisdiksiyaya uyğun olduğunu təsdiqləyib…

Poliqon xəbər verir ki, BMT-nin Beynəlxalq Məhkəməsi Rusiyanın Ukraynaya qarşı irəli sürdüyü qarşılıqlı iddiaları icraata qəbul edib. Qərar 11 səs lehinə, 4 səs əleyhinə olmaqla çoxluqla qəbul olunub.

Məhkəmə Rusiyanın tələblərinin Ukraynanın ilkin müraciətinin mahiyyəti ilə birbaşa əlaqəli olduğunu və məhkəmənin yurisdiksiyası çərçivəsinə düşdüyünü təsdiqləyib. Bu, Moskvanın Konvensiya üzrə, soyqırımın qarşısının alınması və cəzalandırılması ilə bağlı arqumentlərinin araşdırılacağı anlamına gəlir.

Məhkəmə həmçinin prosesual müddətləri təsdiqləyib: Ukrayna Rusiyanın qarşılıqlı iddialarına cavabı 7 dekabr 2026-cı ilədək təqdim etməlidir. Rusiya isə öz etirazlarını 7 dekabr 2027-ci ilədək məhkəməyə göndərə bilər. Bundan əvvəl, 5 dekabrda Rusiya XİN bildirmişdi ki, məhkəmə Ukraynanın bütün etirazlarını rədd edib və Kiyev rəhbərliyinin addımlarına hüquqi qiymət verməyə hazırdır.

Qeyd edək ki, Ukrayna 2022-ci il fevralın 26-da Rusiyaya qarşı Beynəlxalq Məhkəməyə iddia qaldırıb. İddia soyqırımın qarşısının alınması və cəzalandırılması haqqında Konvensiyanın icrası ilə bağlı mübahisəni əhatə edir.

Poliqon.info

Seçilən
28
poliqon.info

1Mənbələr