Təbabətdə və xalq arasında geniş istifadə olunan üzərlik otu quru iqlimlərdə yetişir.
Pravda.az bildirir ki, bu bitki tərkibindəki alkaloidlər səbəbilə həm sinir sistemi, həm də tənəffüs yollarına müxtəlif təsirlər göstərir.
Üzərlik otunun tüstüsü nəfəs yollarını rahatlaşdırır, boğaz iltihabını yüngülləşdirir, stres və yuxusuzluq kimi şikayətlərə müsbət təsir edir. Bitkinin bağırsaq fəaliyyəti və həzm sistemi üzərində də dəstəkləyici təsirlərə malik ola biləcəyi vurğulanır.
Mütəxəssislər eyni zamanda üzərlik otunun güclü təsirli maddələrə sahib olduğu üçün hamilələr, xroniki xəstələr və mütəmadi dərman qəbul edən şəxslər tərəfindən diqqətlə istifadə edilməsi tövsiyə olunur. Nəzarətsiz qəbulun yan təsirlərə səbəb ola biləcəyi vurğulanır.
Qeyd: Üzərlik otu həm müalicəvi məqsədlə, həm də ənənəvi olaraq “nəzər”dən qorunmaq üçün tüstü şəklində istifadə edilir.
Əminə Bayramova