Finlandiya prezidenti Ukrayna üzrə sülh prosesində irəliləyiş olduğunu bildirib…
Poliqon xəbər verir ki, Finlandiya prezidenti Aleksandr Stubb London görüşündən sonra sosial şəbəkə X-də yaydığı açıqlamada Ukrayna prezidenti Vladimir Zelenski və Avropa liderləri ilə aparılan müzakirələri “səmərəli” adlandırıb. Prezident bildirib ki, Ukraynadakı münaqişənin həlli prosesində müəyyən irəliləyiş müşahidə olunur.
“Vladimir Zelenski və Avropa müttəfiqləri ilə sülhə doğru atılacaq növbəti addımlar barədə səmərəli danışıqlar apardıq”, deyə Stubb qeyd edib.
Onun sözlərinə görə, Ukraynada münaqişənin dayandırılması yolları üzrə müzakirələr bundan sonra da, o cümlədən ABŞ-ın iştirakı ilə davam etdiriləcək. Stubb əlavə edib ki, danışıqlarda qaldırılan ən çətin məsələlərin həlli üçün daha çox vaxta ehtiyac var.
8 dekabrda Zelenski Böyük Britaniyanın baş naziri Kir Starmer, Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Fridrix Merslə görüşmək üçün Londona səfər edib. Yelisey sarayının məlumatına görə, liderlər arasında keçirilən sammitin əsas mövzusu Ukraynaya təhlükəsizlik təminatları olub. Görüşün detalları açıqlanmır.
Poliqon.info