AZ

"Qayıdış prosesi beynəlxalq hüquq çərçivəsində həyata keçiriləcək" - QHT sədri

Bakı İctimai Əməkdaşlıq Mərkəzinin sədri Rauf Zeyni QHT.az-a açıqlamasında bildirib ki, əsas məqsəd insan hüquqları və beynəlxalq hüquq çərçivəsində Qərbi azərbaycanlıların öz dədə-baba yurdlarına qayıdışının təmin olunmasıdır. 

QHT sədrinin sözlərinə görə, növbəti mərhələdə artıq onların praktik şəkildə öz yurdlarına, öz vətənlərinə köçürülməsi ilə bağlı müvafiq tədbirlər həyata keçiriləcək:

"Məqsəd yalnız bundan ibarətdir və əlaqədar qurum və təşkilatların, xüsusilə Qərbi Azərbaycan İcmasının Qərbi Azərbaycana qayıdış konsepsiyası çərçivəsində məsələlərin həll olunmasına dəstək verilməsi nəzərdə tutulur. Bu istiqamətdə kompleks tədbirlər həyata keçirilməlidir ki, Qərbi azərbaycanlılar öz dədə-baba yurdlarına təhlükəsiz və ləyaqətli köçə nail olsunlar. Düşünürəm ki, Qarabağa qayıdış baş tutdu və bu tarixi bir hadisə idi. İnanıram ki, yaxın gələcəkdə Qərbi azərbaycanlıların da öz dədə-baba yurdlarına təhlükəsiz və ləyaqətli köçü təmin olunacaqdır".

 

 

Pərvanə Fərhadqızı

Seçilən
34
qht.az

1Mənbələr