AZ

İlon Mask Avropa Komissiyasını Avropanın “dağılmasında” günahlandırdı

Amerikalı sahibkar və milyarder İlon Mask Avropa Komissiyasının üzvlərini Avropanın dağılmasına birbaşa məsuliyyətli adlandırıb. AzPost xəbər verir ki, bu barədə o, sosial şəbəkədə paylaşım edib.

Maskın sözlərinə görə, “Avropa Komissiyasının üzvləri Avropanın ölümünə cavabdehdir”. Onun fikrincə, Avropa İttifaqının fəaliyyəti qitədə demokratiyanın zəifləməsinə səbəb olur.

Daha əvvəl, avqust ayında Mask İrlandiya və digər ölkələrə Avropa İttifaqından çıxmağı tövsiyə etmişdi. O, hesab edir ki, Aİ “Avropada demokratiyanı dağıdır” və üzv ölkələr üçün sərhədsiz iqtisadi və siyasi təzyiqlər yaradır.

AzPost.az

Seçilən
34
azpost.info

1Mənbələr