Rusiya Baş Prokurorluğu 2025-ci ilin nəticələrinə əsasən ölkədə rüşvət hallarının orta məbləğini açıqlayıb. Baş Prokuror Aleksandr Guçan bildirib ki, aşkar edilmiş cinayət işlərində orta rüşvət məbləği təxminən 1 milyon rubl təşkil edir ki, bu da hazırkı məzənnə ilə təxminən 33 min manat edir.
AzPost xəbər verir ki, məlumata görə, rüşvət həm alma, həm də vermə hallarını əhatə edir və bu tip hüquq pozuntuları ümumi korrupsiya cinayətlərinin təxminən 60%-ni təşkil edir. Hüquq-mühafizə orqanları həmçinin bildirirlər ki, son illərdə rüşvət məbləği üzrə artım müşahidə olunur və bu tendensiya rəsmən nəzarət orqanlarının sənədlərində əksini tapıb.