AZ

“Real Madrid”də ciddi itki

BAKI, 9 dekabr. TELEQRAF

“Real Madrid”in braziliyalı futbolçusu Eder Militao zədə səbəbindən təxminən dörd ay yaşıl meydanlardan uzaq qalacaq.

Teleqraf xəbər verir ki, bu barədə jurnalist və insayder Fabritsio Romano X sosial şəbəkə hesabında məlumat yayıb.

27 yaşlı müdafiəçidə La Liqanın XV turunda “Selta” ilə keçirilən oyundan sonra (0:2) sol budunun ikibaşlı əzələsində qopma və proksimal vətərində zədə aşkarlanıb. Bu tip zədə ayağın hərəkət imkanlarını ciddi şəkildə məhdudlaşdırır.

Qeyd edək ki, Militao cari mövsümdə klubun heyətində bütün turnirlərdə 16 oyun keçirib, bir qol vurub və bir məhsuldar ötürmə edib. Müdafiəçinin “kral klubu” ilə müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.

Seçilən
132
teleqraf.com

1Mənbələr