AZ

Psixoloq: “Heç vaxt mübahisə etməyən cütlüklərdə gizli təhlükə var”

Münasibətlərdə sakitlik və səs-küyün olmaması hər zaman harmoniyanın göstəricisi deyil. Bəzən sızdırılmayan narazılıqlar, gizlədilən incikliklər illərlə yığılıb daha ağır nəticələrə gətirə bilər. AzPost xəbər verir ki, Aif.ru-ya danışan psixoloq Yelena Masolova bildirib ki, sanki “ideal” görünən, amma mübahisəsiz münasibətlərdə əsas problem şəxsi sərhədlərin itməsidir.

Mütəxəssisin sözlərinə görə, belə birlikdə tərəflər duyğularını açıq şəkildə ifadə etmədikdə, emosiyaların sıxılması baş verir və nəticədə tərəflərdən biri üstün mövqeyə keçir, digər tərəf isə özünü itirə bilər. Daxildə yaranan narazılıq isə yox olmur – sadəcə yığılıb qalır və zamanı gələndə daha kəskin formada üzə çıxır.

Masolovanın fikrincə, konfliktlərdən qaçma davranışı çox vaxt uşaqlıqdan qaynaqlanır. Uşaq ailəsində mübahisələrin qışqırıq, təhdid və ayrılıq qorxusu ilə müşahidə olunduğunu görürsə, gələcəkdə hər cür gərginlikdən qaçmağa çalışır. Bu isə münasibətdə sakitlik yaratsa da, açıq ünsiyyətin qarşısını alır və problemlərin böyüməsinə yol açır.

Psixoloq hesab edir ki, sağlam münasibətdə fikir ayrılığı, dialoq və hətta kiçik mübahisələr təbiidir. Əsas məsələ — onları aqressiyasız, dinləmə və anlaşma ilə həll etməkdir.

AzPost.az

Seçilən
67
azpost.info

1Mənbələr