AZ

Generalı qaçırdılar, arvadını isə öldürdülər Benin lideri üsyançılardan danışdı

Unikal.az saytından alınan məlumata görə, ain.az bildirir.

Benin prezidenti Patris Talon 7 dekabr çevriliş cəhdinin təfərrüatlarını müzakirə etmək üçün yüksək rütbəli komandirlərin iştirakı ilə Nazirlər Kabinetinin növbədənkənar iclası keçirib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Nazirlər Şurasının iclasından sonra verilən yazılı açıqlamaya görə, çevriliş cəhdi edənlər şənbədən bazara keçən gecə prezident Talonun hərbi kabinet müdiri general Bertin Badanın evinə hücum ediblər. General hücumdan sağ çıxsa da həyat yoldaşını qətlə yetirilib. 

Hücumdan sonra bölgəyə göndərilən Toqbin hərbi bazasının komandiri polkovnik Faizou Gomina çevrilişçilər tərəfindən döyülərək girov götürülüb.

Üsyançılar daha sonra Quru Qoşunlarının komandanı general Əbu İsanın evinə gedərək onu qaçırıblar. Səhər tezdən prezident Talonun iqamətgahına doğru irəliləyən çevrilişçilərlə Prezident Mühafizə Alayı arasında şiddətli toqquşma baş verib.

Mühafizə alayı tərəfindən dəf edilən çevrilişçilər daha sonra milli televiziyanı ələ keçirərək Talonu işdən çıxardıqlarını açıqlasa da, Talona sadiq bir qrup əsgərin müdaxiləsi ilə binadan uzaqlaşdırılıb.

Xatırladaq ki, dekabrın 7-də özlərini “Yenidən qurulan Hərbi Komitə” adlandıran bir qrup əsgər Benində hakimiyyəti ələ keçirdiklərini elan etdilər.

Daxili işlər naziri Alassane Seidou da sosial media hesabında etdiyi paylaşımda cəhdin uğursuz olduğunu açıqlayıb. Benin prezidenti Patris Talon axşam dövlət televiziyası ilə dövlət çevrilişinə cəhdin qarşısının alındığını və günahkarların cəzalandırılacağını açıqlayıb.

Gülayə Mecid 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
57
unikal.az

1Mənbələr