AZ

Merts: Ukrayna üzrə danışıqların hazırkı mərhələsi Qərb üçün “həlledici” ola bilər...

Berlin Vaşinqtonun təzyiqi fonunda Ukrayna sülh prosesin taleyüklü mərhələyə daxil olduğunu bildirir…

Poliqon xəbər verir ki, Almaniya kansleri Fridrix Merts Ukrayna münaqişəsinin həlli üzrə aparılan danışıqların mövcud mərhələsini Qərb ölkələri və Kiyev üçün “həlledici an” adlandırıb. Kansler bunu The New York Times nəşrinə açıqlamasında bildirib.

“Hazırkı danışıqlar dövrü hamımız üçün həlledici ola bilər… Hamımız bilirik ki, bu ölkənin taleyi Avropanın taleyidir. Məhz buna görə buradayıq və nələri edə biləcəyimizi anlamağa çalışırıq”, deyə Merts vurğulayıb.

Nəşrin məlumatına görə, ABŞ administrasiyası Ukraynadan prezident Donald Trampın yenilənmiş sülh planı çərçivəsində əhəmiyyətli ərazi güzəştlərinə razılıq verməsini tələb edir. Kiyev isə bəzi elementlərin Moskvanın xeyrinə olduğunu, Vaşinqtonun Ukraynaya göstərdiyi təzyiqin isə Rusiyaya göstərdiyi tələblərlə müqayisədə qeyri-mütənasib olduğunu düşünür.

Ukrayna rəsmilərinin qiymətləndirməsinə görə, ABŞ-ın bu davranışı Avropa müttəfiqləri ilə məsləhətləşmələr başa çatmadan planın tezləşdirilmiş şəkildə yekunlaşdırılmasına cəhd kimi görünür. Amerikalı rəsmilər isə bu iddiaları təkzib edir və bildirirlər ki, Vaşinqton eyni zamanda Rusiyanın mövqeyinin yumşalması üçün prezident Vladimir Putinə də təzyiq göstərir.

Poliqon.info

Seçilən
42
poliqon.info

1Mənbələr