ain.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.
Yaponiya hökuməti Milli Kəşfiyyat Agentliyinin (NIA) yaradılması ilə yanaşı, kəşfiyyat naziri vəzifəsini də təsis etməyi düşünür.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Kyodo" agentliyi məlumat yayıb.
Müvafiq qanun üçün layihələr paketi baxılmaq üçün parlamentə təqdim olunacaq. Müzakirələr zamanı yeni strukturun yaradılmasının söz azadlığını və digər vətəndaşların hüquqlarını məhdudlaşdırmamasına xüsusi diqqət yetiriləcək. Hazırda Yaponiyada kəşfiyyat məsələlərinə Nazirlər Kabinetinin baş katibi nəzarət edir. Bu məsuliyyətin yeni nazirə keçəcəyi gözlənilir.
Zeynəb Rzayeva
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.