AZ

The Times: “Aİ iki həftə ərzində qərar verəcək”

AzVision.az xəbər verir ki, Böyük Britaniya hökumətindəki mənbələrə istinad edən “The Times” nəşri belə məlumat yayıb.

“Bu məsələ dekabrın 8-də Londonda Böyük Britaniyanın baş naziri Kir Starmer, Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Fridrix Merts və Ukrayna prezidenti Vladimir Zelenski arasında keçirilən görüşdə müzakirə olunub. Sövdələşmənin reallaşması çox yaxındır”,- qəzet yazır.

Starmerin fikrincə, Ukraynaya yardım məqsədilə Avropada dondurulmuş 100 milyard funt-sterlinqə (133 milyard dollar) qədər Rusiya aktivlərinin müsadirəsi ilə bağlı razılaşma cəmi bir neçə gün ərzində əldə olunacaq. O, bunu müharibəyə son qoymaq üçün danışıqların “kritik mərhələyə” çatması ilə izah edir.

100 milyardlıq aktivlərdən təxminən 8 milyard funt sterlinqi (10,6 milyard dollar)Böyük Britaniya köçürəcək. Vəsaitlər Kiyevə hərbi yardım və ya Ukraynanın yenidən qurulması üçün istifadə olunacaq.

- Bu maliyyələşdirmə, ABŞ prezidenti Donald Trampın rəhbərlik etdiyi sülh danışıqlarında avropalılar və Ukrayna üçün əsas təzyiq aləti kimi qiymətləndirilir.Bu aktivlər həm də Vaşinqtonun Ukrayna ilə bağlı hər hansı sövdələşməni effektiv şəkildə məcbur etməsinə mane olacaq bəzi güclü kartlardan biri sayılır”, - nəşr vurğulayır.

Politico:“Ukraynaya kreditin əsas təminatçısı Almaniya olacaq”
Lakin Rusiyanın dondurulmuş aktivlərinin əksəriyyətinin cəmləşdiyi Belçika öz dəlillərini gətirərək, hələ də sövdələşməni gecikdirir.

Bununla belə, Böyük Britaniya hökumətinin təmsilçisi qəzetə açıqlamasında nikbin əhval-ruhiyyə sərgiləyib:“Biz ümid edirik ki, yaxın bir həftə ərzində müqavilə bağlanacaq”.

Xatırladaq ki, Ukraynanı maliyyələşdirmək üçün dondurulmuş Rusiya aktivlərinin müsadirəsini Aİ liderləri uzun müddətdir müzakirə edirlər. Bununla bağlı dekabrın 3-də Avropa Komissiyası (AK) bütün Aİ-yə üzv dövlətlərin razılığı olmadan ixtisaslı səs çoxluğu ilə təsdiqlənə bilən iki mexanizmi təsdiqləyib. Rusiyanın dondurulmuş aktivlərindən istifadə planı dekabrın 18-də keçiriləcək sammitdə müzakirə ediləcək.

“Reuters” agentliyinin məlumatına görə, Aİ-nin yeddi ölkəsi - Estoniya, Finlandiya, İrlandiya, Latviya, Litva, Polşa və İsveçin liderləri dekabrın 8-də AK rəhbərinə məktubla müraciət edərək, Ukraynanı maliyyələşdirmək üçün dondurulmuş aktivlərdən istifadə təklifini tez bir zamanda irəli sürməyə çağırıblar.

“Financial Times” qəzeti isə dekabrın 7-də yazıb ki, Brüssel Aİ müqavilələrində bütün üzv dövlətlərin yekdil razılığı olmadan qərarların qəbul edilməsinə icazə verən bənd tapıb. Bu müddəaya əsasən, Rusiya aktivlərinin dondurulmasını hər altı aydan bir uzatmaq əvəzinə, qeyri-müəyyən müddətə dondurmaq imkanı yaranacaq.

Sahil İsgəndərov
AzVision.az
Seçilən
23
1
azvision.az

2Mənbələr