AZ

Luvr Muzeyinin əməkdaşları etiraz aksiyasına hazırlaşır

Luvr Muzeyinin əməkdaşları iş şəraitinin pisləşməsi səbəbindən tətil elan etmək istəyrlər.

AzPost fransız mediasına istinadən bildirir ki, bir neçə həmkarlar ittifaqı etirazın 15 dekabrda başlayacağını elan edib. Onlar qeyri-müəyyən müddətə tətil çağırışı ediblər. Təşkilatlar işçi çatışmazlığını, texniki problemləri və Luvr binasının bərbad vəziyyətini vurğulayıblar.
LeMonde-nin sitat gətirdiyi həmkarlar ittifaqının bəyanatına görə, muzey işçiləri daim artan iş yükündən, getdikcə sərt kadr idarəçiliyindən və xidmətlərini sakit və effektiv şəkildə göstərmələrinə mane olan ziddiyyətli təlimatlardan əziyyət çəkirlər.
26 noyabrda Luvr kitabxanasının Misirşünaslıq şöbəsində su sızması baş verib və 300-400 qədim sənədə ziyan dəyib.

CFDT-CGT həmkarlar ittifaqının nümayəndəsi Valeri Bunun sözlərinə görə, işçilər illərdir hidravlik sistemin təmirini tələb edirlər, lakin onların tələbləri yerinə yetirilməyib. Yanvarın sonlarında başqa bir həmkarlar ittifaqı olan SUD-Culture Luvrun yeni girişinin və yeni zalların tikintisi kimi yeni layihələrin dayandırılmasını tələb edib. Həmkarlar ittifaqı bu layihələri “absurd” adlandırıb və vəsaitin muzeyin bərpasına yönəldilməsini tələb edib.

AzPost.az

Seçilən
43
azpost.info

1Mənbələr