AZ

Yaponiyanın baş naziri zəlzələdə yaralananların sayını açıqlayıb

Yaponiyanın baş naziri Sanae Takaiçi NHK telekanalına açıqlamasında bildirib ki, ölkədə baş verən güclü zəlzələ nəticəsində təxminən 30 nəfər xəsarət alıb.

Editor.az xarici mediaya istinadla xəbər verir ki, yeraltı təkanlar bəzi bölgələrdə dağıntılara səbəb olmaqla yanaşı, yaşayış evlərindən birində yanğın da yaradıb.

Baş nazir qeyd edib ki, rəsmi qurumlar hazırda təbii fəlakətin vurduğu ümumi ziyanı qiymətləndirməkdə davam edirlər. Onun sözlərinə görə, Hokkaydo adasından başlayaraq Honsunun şimal-şərqində yerləşən Sanriku sahillərinə qədər olan ərazilərdə güclü zəlzələ ehtimalı hazırda normadan daha yüksək qiymətləndirilir.

Sanae Takaiçi ictimaiyyəti rəsmi xəbərdarlıqları diqqətlə izləməyə və təcili təxliyə hallarına hazır olmağa çağırıb.

Qeyd edək ki, dekabrın 8-də Yaponiyada 7,0 bal gücündə zəlzələ qeydə alınmış, bunun ardınca ölkənin şərq və şimal-şərq sahilləri üçün sunami xəbərdarlığı elan edilmişdi. Zəlzələ səbəbindən Yaponiyanın şimal regionlarında bir neçə dəmir yolu xəttində qatarların hərəkəti dayandırılıb.

//Gülnarə Abasova, Editor.az

Seçilən
18
editor.az

1Mənbələr