AZ

"Sərxoş kommunist" Tetçeri az qala öldürəcəkmiş

Yazını böyüt
Yazını kiçilt

Böyük Britaniya Milli Arxivindən yeni açılmış sənədləri araşdıran "The Daily Mail" qəzeti, 1979-cu ildən 1990-cı ilə qədər ölkəyə rəhbərlik edən Marqaret Tetçerin üzləşdiyi ciddi təhlükəni dünyaya açıqlayıb.

Hafta.az-ın yazdığına görə, 1989-cu ilin yazında Afrikaya turneyə çıxan Mühafizəkarlar Partiyasının siyasətçisi, o dövrdə həbsdə olan Nelson Mandelanın azad edilməsi və Cənubi Afrikada aparteidin sona çatması üçün qitəni gəzirmiş.

30 martda Zimbabvedən Malaviyə gedərkən Mozambik hava məkanından keçən Tetçerin Vickers VC-10 təyyarəsinə yer-hava raketlərinin atıldığı məlum olub.

Marqaret Tetçer bütün raketlərin Kral Hərbi Hava Qüvvələrinin təyyarələrini keçməsinə imkan vermədiyi üçün hücumdan çətinliklə xilas olub.

Bu hadisədən sonra, o vaxtlar hakim olan Mozambikin Azadlığı üçün Marksist-Leninist Cəbhəsi (FRELIMO) ilə Cənubi Afrikanın dəstəklədiyi Mozambik Milli Müqaviməti (RENAMO) arasında vətəndaş müharibəsinin getdiyi ölkə hakimiyyətindən rəsmi açıqlama tələb edilib.

1989-cu ilin noyabrında Mozambik hakimiyyəti sərxoş zenit batareyası komandirinin təsadüfən raketləri atdığına dair cavab verib.

Böyük Britaniya 1980-ci illərdə RENAMO-ya qarşı dəstəklədiyi Mozambik ordusuna hərbi təlim yardımı göstərib.

Seçilən
15
hafta.az

1Mənbələr