Müəllif:Mehin Qasımova,Banco.az
ABŞ prezidenti Donald Tramp Nvidia-nın H200 AI çiplərinin milli təhlükəsizlik şərtləri altında Çinə və təsdiqlənmiş digər ölkələrə ixracına icazə veriləcəyini açıqlayıb.
Banco.az xəbər verir ki, bunun müqabilində ABŞ-ın 25% pay alacağı açıqlayıb.
ABŞ Prezidenti Donald Tramp Nvidia-nın "H200" çiplərinin güclü milli təhlükəsizliyin təmin edilməsi şərtləri altında Çin və digər ölkələrdə təsdiqlənmiş müştərilərə satışına icazə veriləcəyini qeyd edib.
Tramp məsələ ilə bağlı sosial şəbəkədə paylaşım edib.
O, Çin prezidenti Xi Jinping-ə ABŞ-ın Nvidia-ya "H200" çiplərini ABŞ-ın milli təhlükəsizliyinin möhkəm saxlanmasını təmin edən şərtlər altında Çin və digər ölkələrdəki təsdiq edilmiş müştərilərə göndərməsinə icazə verəcəyini bildirdi. Prezident Si-Cinpinin müsbət cavab verdiyini qeyd edən Tramp ABŞ-ın 25% pay alacağını qeyd edib.