AZ

ABŞ Konqresi Pentaqon rəhbərinin xidməti səfər büdcəsini 75% azaltmağı planlaşdırır

Qadağa Karib dənizindəki hücumların orijinal videogörüntüləri təqdim olunarsa götürülə bilər…

Poliqon xəbər verir ki, ABŞ Konqresinə müdafiə siyasəti haqqında qanun layihəsinə dəyişiklik təqdim edilib. Dəyişiklik qəbul olunarsa, Pentaqonun rəhbəri Pit Heqsetin 2026-cı il üçün xidməti səfərlərə ayırdığı büdcə 75 faiz azaldıla bilər. NBC News telekanalının məlumatına görə, məhdudiyyət yalnız bir halda, Heqset ABŞ hərbçilərinin Karib dənizində gəmilərə endirdiyi zərbələrin orijinal videogörüntülərini dərc edərsə aradan qaldırılacaq.

Konqres bu həftə qanun layihəsini və ona əlavə edilən düzəlişləri müzakirəyə çıxarmalıdır.

ABŞ-də Pentaqon rəhbəri ətrafında daxili siyasi böhran dərinləşir. Pit Heqset Venesuela sahilləri yaxınlığında gəmilərin məhv edilməsi əməliyyatları zamanı mümkün hərbi cinayətlərdə ittiham olunur. Bu iddialar respublikaçılar və demokratlar arasında gərginlik yaradaraq müdafiə qurumunun fəaliyyətinə əlavə siyasi təzyiq formalaşdırıb.

Müşahidəçilər bildirir ki, Konqresin büdcə məhdudiyyəti ilə hədələməsi Hegsetdən şəffaflıq tələb etmək məqsədi daşıyır və mövcud siyasi qalmaqalın fonunda Pentaqon rəhbərliyinə təzyiqin daha da artacağının göstəricisidir.

Poliqon.info

Seçilən
12
poliqon.info

1Mənbələr