Bakı. Trend:
Azərbaycan nümayəndə heyəti Birləşmiş Ərəb ƏmirliklərininƏbu-Dabi şəhərində keçirilən dünyanın media və məzmun sənayesininən böyük “Bridge” sammitində iştirak edir.
Bu barədə Trend-ə Medianın İnkişafı Agentiyindən (MEDİA) məlumatverilib.
Bildirilib ki, Sammit çərçivəsində media, rəqəmsal məzmunistehsalı, müəllif hüquqları, süni intellektlə yaradılmışmateriallar, generativ alətlər, qarışıq reallıq, məlumatlarıngələcəyi, marketinq, orijinal striminq məzmunu, çoxplatformalıhekayə yaradıcılığı sahələrini əhatə edən istiqamətlər üzrətədbirlər, həmçinin sərgilər təşkil olunacaq.
Dekabrın 10-dək davam edəcək sammitdə yaradıcı şəxslər, media vəməzmun istehsalçıları, investorlar, universitetlər və tədqiqatmərkəzlərinin təmsilçiləri olmaqla, ümumilikdə 60 mindən çoxqonağın iştirakı nəzərdə tutulur. Bundan başqa, tədbirlərdə 400-dənçox beynəlxalq mütəxəssisin, o cümlədən siyasətçilərin, innovasiyaliderlərinin və influenserlərin çıxışı gözlənilir.
Sammitin əsas hədəflərindən biri liderləri, siyasətçiləri vəvizion sahiblərini bir araya gətirərək dialoq, təcrübə mübadiləsivə ortaq təşəbbüslərin başlanğıcını təmin etmək, qeyri-maddiyaradıcılıq sektorunun genişlənməsinə, fərdi istedadlarındəstəklənməsinə, yeni bizneslərin qurulmasına, davamlılığın təminolunmasına və strateji sərmayələrin gələcək sahələrə yönəldilməsinətöhfə verməkdir.