ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Vaşinqton artıq Ukraynaya maliyyə ayrılması istiqamətində əvvəlki kursu davam etdirmir və bunun əvəzinə humanitar əsasda sülh təşəbbüslərinə diqqət yetirir.
Editor.az xəbər verir ki, Tramp bu barədə Ağ Evdə keçirilən dəyirmi masa müzakirəsi zamanı danışıb.
O, həmçinin Avropa İttifaqının sosial media platforması X-ə qarşı tətbiq etdiyi cəzaları şərh edərək Avropada vəziyyətin getdikcə daha da pisləşdiyini bildirib.
Tramp vurğulayıb: “Avropa bir çox məsələlərdə çox diqqətli olmalıdır. Biz Avropanın təhlükəsizliyində maraqlıyıq. Amma Avropa getdikcə pisləşir. Bu vəziyyət insanlar üçün çox ağırdır. Biz Avropanın bu qədər dəyişməsini istəmirik”.
//Gülnarə Abasova, Editor.az