AZ

2026-cı ildə Azərbaycanda seçki olacaq: PARLAMENT YENİDƏN BURAXILACAQ?

Vətəninfo.az xəbər verir ki, məlumatlı mənbələrdən alınan məlumata görə, artıq 2026-cı ildə Azərbaycanda referendum və növbədənkənar parlament seçkilərinin keçirilməsinə hazırlıq işlərinə başlanılıb.

Məlumatda bildirilir ki, bu məsələlərlə bağlı yerli icra və bələdiyyələrə ilkin məlumatlar verilib. Həmin məlumatlara əsasən, ölkənin əsas qanunu olan Konstitusiyada bir sıra dəyişikliklər gözlənilir. Konkret olaraq, yerli icra orqanlarının ləğvi, prezidentin səlahiyyətli nümayəndəsinin statusunun dəyişdirilməsi və digər mühüm məsələlər referenduma çıxarılacaq.

Bundan əlavə, Milli Məclisin yenidən növbədənkənar seçkilərlə formalaşdırılması da planlaşdırılır. Parlamentin buraxılmasının səbəbləri arasında, xüsusilə ölkənin qanunverici orqanında Mehtiyevçilərin uzaqlaşdırılması göstərilir.

Bu dəyişikliklər və hazırlıqlar hələ rəsmi olaraq təsdiqlənməsə də, müvafiq qurumların bu istiqamətdə iş apardıqları bildirilir.

Seçilən
63
1
veteninfo.az

2Mənbələr