Avropa ölkələri Rusiyanın dondurulmuş aktivlərinin blokdan çıxarılmasına dair razılaşmanı bu həftə və ya gələn həftə elan edəcək.
XəzərNews.az xəbər verir ki, bu barədə “The Times” Britaniya hökumətindəki mənbələrə istinadən xəbər verir.
Bu məsələ dekabrın 8-də Londonda Böyük Britaniyanın baş naziri Key Starmer, Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Fridrix Mers və Ukrayna prezidenti Vladimir Zelenski arasında keçirilən görüşdə müzakirə olunub.
Nəşrin mənbələri hesab edir ki, “sövdələşmə çox yaxındır”.
“The Times”ın qeyd etdiyi kimi, saziş işğalçı ölkə Rusiyanın dondurulmuş aktivlərindən Ukraynaya 100 milyard funt sterlinq (təxminən 115 milyard avro) ayrılmasını nəzərdə tutur.
Xüsusilə, Böyük Britaniya 8 milyard funt sterlinq (təxminən 9,16 milyard avro) ekvivalentində Rusiya aktivlərini köçürəcək.
Bu vəsait Ukraynaya hərbi yardım göstərmək və ya sülh razılaşması əldə olunarsa, onun bərpası üçün istifadə olunacaq.
Londondakı danışıqlardan sonra Zelenski Ukraynanın maliyyələşdirilməsi məsələsinin həll olunacağına əmin olduğunu bildirib. "Bilmirəm, bu, "təzminat" və ya alternativ olacaq", - prezident qeyd edib.
"Liderlər mənə söz veriblər, onlar başa düşürlər ki, Ukrayna bu pul olmadan yaşaya bilməz. Və bu pulların mənbəyi Avropa üçün sualdır".
Xəbər 4 dəfə oxunub.