ain.az, Bakupost portalına istinadən məlumat yayır.
Ukrayna prezidenti Vladimir Zelenski İrlandiyaya səfəri zamanı təyyarəsini izləyən naməlum hərbi pilotsuz uçuş aparatları (PUA) ilə bağlı ilk dəfə açıqlama verib. O, dünən (dekabrın 8-də) jurnalistlərin sualına cavab olaraq bildirib ki, İrlandiya tərəfi insidentin baş verdiyini təsdiqləyib və hazırda araşdırma aparılır.“İrlandiya həqiqətən PUA-larla bağlı hadisəni təsdiqlədi. Şərh ediləcək bir şey yoxdur. İstintaq olacaq. Həqiqətən, PUA-lar var idi”, – deyə Zelenski bildirib.Almaniyanın “Spiegel” nəşrinin dekabrın 4-də dərc etdiyi Avropa liderlərinin telefon danışıqlarının stenoqramlarında Almaniya kansleri Fridrix Mers Zelenskiyə yaxın günlərdə “son dərəcə ehtiyatlı olmağı” tövsiyə etmişdi. Ukrayna lideri təhlükəsizlik riskləri ilə bağlı suala cavabında bildirib: “Bizim təhlükəsizlik bloku bu məsələlər barədə düşünməlidir. Əlavə ediləcək bir şey yoxdur – artıq bu formatda yaşamağa öyrəşmişik”.Cavid, BakuPost
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.