“Son illər Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə genişmiqyaslı islahatlar keçirilir. Şübhəsiz ki, bu proses təhsildən, ümumtəhsildən də yan keçməyib”.
Redaktor.az xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Elm və Təhsil nazirinin müavini Kənan Kərimzadə “Ümumi təhsildə keyfiyyətin yüksəldilməsi: təcrübələr və yeni yanaşmalar” adlı elmi-praktiki beynəlxalq konfransda söyləyib.
“Son illərdə təhsil sistemi üçün önəmli strategiyalar, dövlət proqramları qəbul edilib. Məzmun islahatlarının bir parçası kimi sistem təhsili üç yüz mindən çox şagirdi əhatə edir. İki minə yaxın məktəbdə yenilənmiş monitorinqlər aparılır”.
Aytəkin TOFİQQIZI