Ukrayna Prezidenti Vladimir Zelenski, Prezident Administrasiyasının rəhbəri vəzifəsi üçün namizədlərin adlarını açıqlayıb. Vətəninfo.az “Ukrayna həqiqəti” qəzetinə istinadən xəbər verir ki, namizədlər arasında Ukraynanın müxtəlif hökumət strukturlarının rəhbərləri və yüksək vəzifəli şəxsləri yer alır.
İlkin namizədlər siyahısına aşağıdakılar daxildir:
Nazirlər Denis Şmıqal və Mixail Fyodorov
Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov
Prezident Administrasiyasının rəhbərinin müavini Pavel Palisa
Xarici İşlər Nazirinin müavini Sergey Kislitsa
Zelenski, vəzifə üçün seçim edilməsi lazım olduğunu qeyd edərək, uzun müddət idarə rəisi olmadan da dözə biləcəyini və bəlkə də bu vəziyyətə tam uyğunlaşa biləcəyini, amma hər halda qərar verməli olduğunu bildirib.
Xatırladaq ki, noyabrın 28-də Ukrayna Milli Antikorrupsiya Bürosunun (NABU) əməliyyatçıları və Ukrayna İxtisaslaşdırılmış Korrupsiyaya Qarşı Mübarizə Prokurorluğunun (SAP) prokurorları Prezident Administrasiyasının rəhbəri Andriy Yermakın evində axtarış aparmışdı. Daha sonra Zelenski, Yermakı Prezident Administrasiyasının rəhbəri vəzifəsindən azad etdiyini açıqlamışdı.