AZ

Tramp ABŞ-nin Nvidia-nın H200 çiplərinə qoyduğu ixrac məhdudiyyətlərini yumşaltdı – ÖZƏL

Olaylar.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Nvidia şirkətinin süni intellekt texnologiyalarında istifadə olunan H200 çiplərinə tətbiq edilən ixrac nəzarətinin qaldırıldığını açıqlayıb. O bildirib ki, H200 çipləri Çin daxil olmaqla "yoxlanılmış müştərilərə" təhlükəsizlik tələblərinə uyğun şəkildə satıla biləcək. Tramp bu barədə Çin lideri Si Cinpinə məlumat verdiyini və onun müsbət reaksiya göstərdiyini qeyd edib.

Tramp vurğulayıb ki, Nvidia-nın çox tələbat olan Blackwell və növbəti nəsil Rubin çipləri bu razılaşmaya daxil deyil. CNN qeyd edib ki, Tramp bu bəyanatı Nvidia-nın rəhbəri Censen Huang ilə görüşdən sonra verib.

Nvidia qərarı alqışlayaraq bunun ABŞ üçün "düşünülmüş və faydalı balans" yaratdığını bildirib. Tramp həmçinin AMD, Intel və digər çip istehsalçıları üçün də oxşar mexanizmlərin hazırlanmaqda olduğunu açıqlayıb.

Bununla belə, Tramp ABŞ-nin Çinə ən qabaqcıl texnologiyaların ixracını məhdudlaşdırmağa davam edəcəyini xatırladıb: "Ən müasir texnologiyalardan yalnız ABŞ istifadə edə biləcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
78
olaylar.az

1Mənbələr