AZ

Sumqayıtın “unudulan qəsəbəsi” ilə İcra Hakimiyyətindən açıqlama: gələcəkdə o məhəllədə də… – VİDEO

Xəbər verdiyimiz kimi, Sumqayıtda İnşaatçılar qəsəbəsində vəziyyət sözün həqiqi mənasında bərbad gündədir. Qəsəbədə küçələr zibil paliqonuna çevrilib, yollar palçıq içində üzür, binalar isə hər an dağılma təhlükəsi ilə üz-üzədir. Açıq lyuklar isə sakinlər üçün əlavə təhlükə yaradır.

İnşaatçılar qəsəbəsindəki vəziyyətlə bağlı Sumqayıt İcra Hakimiyyətindən NOCOMMENT.az -a cavab verilib.

Bildirilib ki, qeyd olunan ərazidə hazırda kanalizasiya xətti yenilənir və işlər tamamlandıqdan sonra ərazidə asfaltlanma işləri aparılacaq.

“Onu da qeyd edək ki, Sumqayıt şəhərində baş planın tələblərinə uyğun olaraq genişmiqyaslı yenidənqurma və abadlaşdırma işləri davam etdirilir. Bu çərçivədə istismar müddətini başa vurmuş, mövcud yaşayış standartlarına cavab verməyən köhnə binaların mərhələli şəkildə sökülməsi və onların yerində müasir tələblərə uyğun, yeni yaşayış komplekslərinin inşası həyata keçirilir.

Hazırda proses şəhərin bir neçə yaşayış massivində – 4-cü, 15-ci, 16-cı, 17-ci və 21-ci məhəllələrdə ardıcıl və planlı şəkildə davam etdirilir. İcrası davam edən bu proses mərhələli şəkildə digər məhəllələri də əhatə edəcək”.

“Qeyd olunan ərazidə də yaxın gələcəkdə istismar müddətini başa vurmuş yaşayış binaları söküləcək və yerində müasir binalar inşa olunacaq, – məlumatda qeyd edilib.

 

 

Aliyə

Seçilən
98
1
nocomment.az

2Mənbələr