Bakı. Trend:
Vətəndaşların bank kartlarına müxtəlif kiber üsullarla müdaxiləhalları var. Bank kartının üzərində olan məxfi məlumatların naməlumşəxslərə verilməsi maliyyə itkisinə və kredit öhdəliklərininyaranmasına səbəb olur.
Bu barədə Trend-ə DİN-in Mətbuat Xidmətindən bildirilib.
"CVV/CVC kodu, SMS vasitəsilə göndərilən OTP kodu, sizə məxsusdigər sistemlərə giriş üçün lazım olan loqin və şifrələr, eləcə dəkartın PİN kodu naməlum şəxslərə ötürüldüyü halda hesabdakı pulvəsaiti, yaxud hesabda pul olmadığı təqdirdə kredit vəsaitioğurlana bilər.
Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc,sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxilüzrə ödənişlərlə bağlı təkliflərə qarşı diqqətli olmaları tövsiyəedilir. Qəti şəkildə şəxsi bank məlumatlarınızı naməlum şəxslərəverməyin, təhlükə realdır", - DİN-in məlumatında qeyd olunub.