AZ

Tovuzda 3 yaşlı uşaq faciəli şəkildə öldü

Tovuzda üç yaşlı oğlan faciəli şəkildə ölüb.


Manset.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə dünən rayonun Düz Qırıqlı kəndində baş verib.

Kənd sakini, 2022-ci il təvəllüdlü H.Qasımov yaşadığı fərdi yaşayış evinin həyətində yerləşən hovuza düşərək boğulub.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Seçilən
48
1
manset.az

2Mənbələr