AZ

İngiltərə millisinin futbolçusu həbs olundu - FOTO

BAKI, 9 dekabr. TELEQRAF

Səudiyyə Ərəbistanının "Əl-Əhli" klubunun və İngiltərə millisinin futbolçusu İvan Toni Londonda saxlanılıb.

Teleqraf xəbər verir ki, bu barədə "The Sun" qəzeti məlumat yayıb.

29 yaşlı hücumçunun paytaxt mərkəzində yerləşən gecə klubunda onunla selfi çəkdirmək istəyən azarkeş arasında gərginlik yaşandığı bildirilir.

Toni onun boynunda tutub saxlamağa çalışan şəxsin burnunu və barmağını sındırıb.

London polisi insident barədə məlumat əldə etdikdən sonra futbolçunu zorakılıq ittihamı ilə həbs edib. O, əlavə istintaq aparılana qədər girov müqabilində azadlığa buraxılıb.

Qeyd edək ki, İvan Toni 2024-cü ildə "Brentford"dan 40 milyon funt sterlinq qarşılığında "Əl-Əhli"yə keçib. O, İngiltərə millisinin heyətində iştirak etdiyi 7 oyunda 1 qol vurub.

Seçilən
13
teleqraf.com

1Mənbələr