AZ

Beyni çox yormaq ürəyi XƏSTƏ EDİR – Həkimlərdən XƏBƏRDARLIQ

Uzunmüddətli zehni gərginlik ürək xəstəliklərinə səbəb ola bilər.

İnterpress.az xəbər verir ki, bu barədə tibb mütəxəssisləri məlumat yayıb. Beyin yorğunluğu hipertoniya və aritmiya riskini artırır.

Məlumata əsasən, uzunmüddətli zehni yüklənmə hipertoniya, aritmiya və ürəyin işemik xəstəliyinin inkişafına gətirib çıxara bilər.

Həkimlərin sözlərinə görə, koqnitiv (zehni) həddindən artıq yorğunluq sadəcə beynin yorulması demək deyil, bu, ürəyin vegetativ tənzimlənməsinə də mənfi təsir göstərir.

Belə ki, bir neçə saatlıq gərgin zehni fəaliyyətdən sonra nəbz sürətlənir, qan təzyiqi yüksəlir və stress hormonu olan kortizolun səviyyəsi artır.

Bildirilir ki, 4-5 saatlıq mürəkkəb zehni işdən sonra beyin qabığının ön hissəsində (prefrontal qabıq) mübadilə prosesi dəyişir və yorğunluq, eləcə də stresslə əlaqəli mediator olan qlutamatın səviyyəsi yüksəlir.

Mütəxəssislər intensiv intellektual işi gündə 3-4 saatla məhdudlaşdırmağı, həmçinin hər 60-90 dəqiqədən bir fasilə verməyi tövsiyə ediblər.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
43
interpress.az

1Mənbələr