AZ

Meymunçiçək virusunun yeni bir ştammı ortaya çıxdı Necə yayılır?

Mia.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Alimlər Böyük Britaniyada meymunçiçəyinin yeni bir variantını aşkarlayıblar.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki,  əvvəllər "meymunçiçəyi" kimi tanınan mpox virusunun yeni ştammı Asiya ölkələrindən  səyahətdən dönən bir nəfər də üzə çıxıb.

Böyük Britaniya Səhiyyə Təhlükəsizliyi Agentliyindən bildirilib ki, yeni variantmüxtəlif meymunçiçək ştammlarından genetik qaynaqlanan "rekombinant" bir virusdur. Mütəxəssislər deyirlər ki, bu hal virusun qlobal miqyasda yayıldığını və inkişaf etməyə davam etdiyini göstərir.

Yeni variantın simptomları da artıq bəllidir: "Mpox-un yeni ştammı yaxın təmas yolu ilə ötürülür. Xəstəlik cinsi əlaqə, eləcə də öskürək və asqırma yolu ilə yayıla bilər. Mütəxəssislərin fikrincə, xəstəlik qripəbənzər simptomlarla başlayır. Üşümə, zəiflik, əzələ və bel ağrısından sonra dəridə suluqlar, ləkələr və ya xoralar əmələ gətirir...".

Zülfiyyə 

MİA.AZ

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
13
mia.az

1Mənbələr