Ötən gecə Masazırda baş vermiş qəzanın görüntüləri yayılıb.
Far.Az xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan görüntülərdə "Hyundai" ilə toqquşan "BMW" markalı minik avtomobili anidən alovlanıb.
Nəqliyyat vasitəsinin içərisində olan 3 nəfər çıxarılaraq xəstəxanaya çatdırılıb. Lakin Qurbanəli Ağa oğlu Əlizadə həyatını itirib, digər 2 şəxsin müalicəsi isə xəstəxanada davam etdirilir.