AZ

AİB 2040-ci ilə qədər Azərbaycan iqtisadiyyatının inkişafı ilə bağlı proqnozunu təqdim edib

Bakı. Trend:

Asiya İnkişaf Bankı (AİB) tərəfindən dərc olunan Asiya SuEhtiyatlarının İnkişafı Proqnozu (AWDO) 2025 hesabatına əsasən,region ölkələrində 2040-cı ilə qədər ölkələrin əhali sayında,urbanizasiya səviyyəsində və iqtisadi istehsalatda müxtəliftemplərdə artım proqnozlaşdırılır.

Trend bu barədəAİB-ə istinadən xəbər verir.

Qeyd olunur ki, Azərbaycan üzrə 2025-ci ilin səviyyəsi iləmüqayisədə əhalinin 6,7 faiz artması, urbanizasiyanın 17 faizədəkyüksəlməsi, sənaye istehsalının 23,8 faiz artması və xüsusilə kəndtəsərrüfatında əhəmiyyətli yüksəliş – 2023-cü il səviyyəsinənisbətən 154,8 faiz artım gözlənilir.

“Məlumata görə, Gürcüstan üzrə əhalinin 1,9 faiz azalması,urbanizasiyanın 15,4 faizədək artması, sənaye istehsalının 103,4faiz artması və kənd təsərrüfatı istehsalının 9,8 faiz azalmasıproqnozlaşdırılır. Qazaxıstan üzrə əhalinin 16,5 faiz artacağı,urbanizasiyanın 11,2 faizədək yüksələcəyi, sənaye istehsalının 8,3faizlə orta templə artacağı və kənd təsərrüfatının 1,5 faizyüksələcəyi gözlənilir. Özbəkistan üzrə isə əhali artımının ənyüksək – 24,6 faiz olacağı, urbanizasiyanın 10,7 faizədək artacağı,lakin sənaye istehsalının 7 faizə qədər azalacağı, kəndtəsərrüfatının isə 2023-cü il göstəricilərinə nisbətən 1,6 faizsəviyyəsində qalacağı proqnozlaşdırılır”, – deyə məlumatdabildirilir.

Məqalədə:
Seçilən
43
2
az.trend.az

3Mənbələr